“Turist” (The Tourist)

#film #Turist #məqalə
8 Shares
8
0
0
0
0
Bir çox mükafatlara layiq görülmüş, baş rollarında Conni Depp və Ancelina Coli kimi məşhur simaların çıxış etdiyi Turist (The Tourist) filmini neçə dəfə izləmisiniz? Sizcə filmin yaradıcıları bu filmdə bizə nəyi göstərmək istədilər? 
Rejissor Florian Henkel von Donnersmarkın ekran əsəri olan bu filmin çəkilişi Venesiya və Fransada baş tutmuşdur.
Axtarışda olan oğru Aleksandr Pirs uzun müddət işlədiyi müdirindən 1.5 milliyard dollar oğurlayır və sevgilisi Elizə xəbər vermədən və onunla heç bir əlaqə qurmadan yoxa çıxır. Beləliklə filmin ilk səhnəsində təqibdə olan Eliz A.Pirsdən məktub alır. Pirs ona Venesiyaya gedən qatara minərək orda ona oxşar bir adam tapıb polisi onun olduğuna inandırmasını istəyir.
Eliz onun dediklərini olduğu kimi edir və qatarda Frenk adlı bir turistlə tanış olur. Polis onun Pirs olduğunu zənn edərək həbs etmək istəsə də edilən axtarışların nəticəsində məlum olur ki o, Kaliforniyada yaşayan riyaziyyat müəllimidir. 
Filmin sonrakı mərhələsində Elizin əslində polis məmuru olduğu və vaxtilə Aleksandr Pirsi ələ keçirmək üçün Rusiyaya göndərildiyi məlum olur. Lakin Eliz A.Pirslə eşq yaşadığına görə onu polisə təhvil vermək istəmir və polislə olan bütün əlaqəsini kəsir. 
 
Filmdəki hadisələri məntiqli sona aparmaq üçün filmin rejissoru bir çox filmlərdə istifadə olunan tapmaca üsulundan istifadə edib. Bu filmi izləyən hər bir izləyicinin ağlında suallar yaranır: Aleksandr Pirs kimdir və haradadır, əsas cani kimdir və ən əsası Eliz Pirsi satacaqmı?

Bir çox film tənqidçilərinin filmi zəif qiymətləndirmələrinə baxmayaraq  “Turist” MDB ölkələrinin izləyiciləri arasında olduqca sevildi. Təsadüfi deyildir ki, “Kinopoisk” platformasında film 6.7 bal toplamışdır.

Bir çox izləyiciləri məyus edən məqamlardan biri Anjelina və Coni arasında ehtirasın hiss olunmaması olmuşdur.

Ən çox tənqid olunan isə Coni Depin bu filmə yaraşmaması olmuşdur. Sanki sonradan mövzuya daxil olmuş insan kimi Coni Anjelinanın kölgəsi kimi qalmışdır.

Lakin filmdə bir çox bəyənilən və yadda qalan detallar da olmuşdur. Filmdə bir sıra səhnələrin çəkildiyi Hotel Royal Danieli tarixi bina olan Palazzo Dandoloda yerləşir. “Turist” filmini izləyərkən Siz Venesiya və Paris kimi şəhərlərin gözəlliyinə heyran olacaqsınız. 

Filmə öz aktyorluğu ilə rəng qatan Pol Bettani izləyicilərin diqqətini cəlb etmişdir. Baş qəhrəmanlardan heç də geri qalmayan aktyorun oyunu filmin sanki çatışmayan cəhətlərini tamamlamışdır. Filmi tənqid edən izləyicilər belə Polun aktyorluğunu qeyd etmişdirlər.

Film haqqında bəzi maraqlı faktları nəzərərinizə çatdırmaq istərdik.
Film sənayesinin ən tanınmış simalarından olan Anjelina və Coni adı çəkilən filmdə ilk dəfə olaraq bir-biri ilə tanış olmuşlar.
 
Daha bir maraqlı fakt da bundan ibarətdir ki, Çarlz Ceyms imzalı vintaj boz əlbisədən başqa bütün digər geyimlər A.Coli üçün özəl hazırlanmış və hər biri xüsusi əl işləməsi olmuşdur.
 
Filmdə ən maraqlı səhnələr Venesiya kanallarında A.Colinin kater sürməsi səhnələridir. Bu səhnələr yeddi gecə ərzində baş tutub və real səhnələrin ərsəyə gələ bilməsi üçün A.Coli bir neçə növ kater sürmək üçün təcrübə keçib.
 
Ən yaxşı film olaraq 2011-ci ildə Qızıl Qlobus mükafatı ilə təltif edilmiş “Turist” filmi Teen Choice Awards 2011, People Choice Awards 2011, Redbox Movies Awards 2011, ASCAP Awards 2011 kimi mükafatlandırma mərasimlərində də təltif olunmuşdur.
 
Əylənərkən belə intellektual səviyyəsinin yüksəlməsinə önəm verən və yaxşı vaxt keçirmək istəyərkən də şəxsi keyfiyyətlərini inkişaf etdirməyi hədəfləyən oxuyucularımıza “Turist” filmini əminliklə tövsiyə edirik.
Xoş izləmələr… 
 
 

Həmçinin, bəyənə bilərsiniz