Beləliklə keçək filmdə təsvir olunan hekayələrə. Tarixçilər üçün həmişə sirri açılmayan bir məsələ kimi qalan Aqata Kristinin itmiş günlüyü,qaldığı 411 nömrəli otağın qəribəlikləri və oradan tapılmış qədimi bir açar filmin əsas ana xəttini təşkil edir. Filmdə baş qəhrəman Esranı canlandıran Hazal Kaya bu açar vasitəsilə müxtəlif zamanlara gedir və orada maraqlı hadisələrlə qarşılaşır.
Bu hadisələrdən ən maraqlısı və Türkiyə mediyasının gündəmini zəbt eləyən əsas məqam Esranın Mustafa Kamal Atatürklə qarşılaşdığı andır. Qarşılaşma zamanı Esranın yaşadığı hiss və həyəcana ortaq olan tamaşaçılardan bir çoxu bu anı yaşamaq istədiklərini bildirirlər. Esra zamanda səyahət ediyi vaxt bir sıra hadisələrin gedişatına təsir edir və bu da baş verəcək tarixi hadisələrdə dəyişiklik olmasına səbəb olur. Ən əsası da onun bu səyahət zamanı bilmədən Atatürkün həyatını təhlükəyə atması onu çox məyus edir, lakin o, bütöv və müstəqil Türkiyə üçün əlindən gələni edir.
Filmdə ən çox müzakirə olunan məsələlərdən biri də Hazal Kayanın performansı olmuşdur. Əksəriyyət tamaşaçı onun obrazının haqqını vermədiyini bildirmiş və ən nəhayətində o, bununla bağlı öz sosial şəbəkəsində mövqeyini bildirmişdir. Biz isə Art Magazin Project komandası olaraq Hazal Kayanın rolunu yüksək səviyyədə icra etdiyini düşünürük.
Tamaşaçıların bir çoxunun arqumenti onun qayğısız qız obrazını həddən artıq sərbəst ifa etməsi olsa da, zənnimizcə istənilən müasir dövrdəki insan keçmişə getdikdə ordakı insanlardan daha sərbəst hərəkətlərinə görə seçilərdi. Çünki dövr dəyişir və qadınların müasir həyatda daha fəal və aktiv iştirakı onların xarici görünüşünə,düşüncələrinə və dolayısı ilə başqlarına olan münasibətinə təsir edir.
Bütün fikirlərimizi ümumləşdirsək deyə bilərik ki, Türk filmləri daha əvvəl də qeyd etdiyimiz kimi gündəlik məişət problemlərini əhatə edən serial tipli filmlərdən sonra çox dinamik inkişaf edir. Ssenari həqiqətən də çox maraqlı formada qurulub ki, bu da filmin axıcılığına öz müsbət təsirini göstərir. Ümid edirik, növbəti sezon da ən azı ilk sezon qədər maraqlı formada təşkil olunar. Siz də tarixi hadisələrə müasir gözlə nəzər yetirmək, məşhur Pera Palası görmək, Atatürklə olan səhnələri izləmək istəyirsinizdə mütləq bu filmə baxın.
Ümid edirik bir gün Sizlərə Pera Palasdan videoreportaj təqdim edərik.
Sizə xoş izləmələr…